168 baxış
Bu yazını paylaşın
Müsahibə

“Zorakılığa məruz qalan qadınlarda çox ciddi travmalar yaranır”- Ramidə Oktayqızı

20 İyul 2023

Ailə məişət zorakılığı cəmiyyətin ən önəmli problemlərindəndir. Bir çox ölkələrdə qadına ailədə göstərilən şiddət və psixoloji təzyiqlər ciddi problem kimi qəbul edilir.
Təssüflər olsun ki, ölkəmizdə və dünyada gün keçdikcə zorakılığın sayı artır. Bəs bunlarn səbəbləri və mübarizə yolları nələrdir? -Kimi suallarımızı Psixoloq Ramidə Oktayqızı   ”Telejurnal.az”-a verdiyi müsahibəsində cavablandırıb.

-Ailədə fiziki və mənəvi şiddətə məruz qalan qadının psixologiyası necə olur?

-Ailə münasibətlərində uzunmüddətli münaqişələrin olması , mənəvi münasibətlərin pozulması zamanı istər fiziki, istərsə də, psixoloji şiddət yaranmış olur. Fiziki və psixoloji şiddət qadın emosional varlıq olduğuna görə , çox mənfi təsir göstərir.Bu zaman qadınlarda depresif halın çoxalması, intihara cəhdin olması, ailə münasibətlərində soyuqluğa gətirib çıxartma, tənhalığa meyillilik kimi psixoloji problemləri çoxalda bilir. Səbəbsiz ağlamalar, yəni, emosional pozuntular qadının psixoloji və fiziki şiddətə məruz qalmasından irəli gələn haldır.

-ailə məişət zorakılığının yaranma səbəbləri nələrdir və onunla necə mübarizə aparmaq olar?

-Ailə məişət zorakılığının müxtəlif səbəbləri vardır. Burada təbii ki, xəyanət rol oynaya bilər, ər -arvad münasibətlərinin pozulması, onların arasında uzunmüddətli səbəbi bəlli olmayan münaqişələrin olması, qaynata və qaynananın ailəyə hədsiz müdaxiləsi- zorakılığın yaranmasına səbəb ola bilər.
Eyni zamanda, rayonda yaşıyan insanlarla, şəhərdə yaşayan insanların arasında da ailə münasibətləri qurularsa, bu münasibətlərdə də ciddi psixoloji pozuntular ola bilər.
Şəhərdə yaşamış xanımın kənd həyatında yaşaması, ailədə olan təzyiq və gücün daha çox həmin xanımın üzərinə düşməsi, fiziki işlərin düzgün bölünməməsi də ailə məişət zorakılığında baş verən haldır. Ailənin qəbullanmaması da zorakılığa məruz qalmasına səbəb ola bilər.
Bununla mübarizə aparıldığı zaman təbii ki, birinci ailə dəyərləri ölçülməlidir, ailə münasibətləri yoxlanmalı, iq səviyyələri ölçülməli və hər iki tərəf də dinlənilməlidir. Dinlənildikdən sonra problemin qaynağı öyrənilir.
Qaynağ öyrənildikdən sonra fərqli terapiya üsulları ilə işləmək olar.

-Ailədaxili şiddət uşaqlara necə təsir göstərir?

-Ümumiyyətlə, zorakılığa məruz qalan istər qadınlar, istər kişilərin həyatında gələcəkdə çox ciddi psixoloji travmalar yaranır. Bu travmaların başlıca səbəbi özünə güvən hissinin aşağı olması, uşaqların düzgün tərbiyə edilmədən böyüdülməsi, bu cür uşaqların təhsillə bağlı problemlərinin olması, və onlara bir şəxsiyyət kimi yanaşılmamasıdır.

Bu cür uşaqlarda ilkin olaraq qorxu hissi yaranır, sonra atılma- itirilmə hissi güclü olur.
Bu cür hallarda ananın psixologiyası yerində olmadığı üçün bu övlada da təsir edir. Ana davamlı olaraq, övladına psixoloji basqılar edir. Ona ”sizi qoyub gedəcəm” , ”ölsəm hərşey daha yaxşı olardı” kimi ifadələr işlədir.
Bu da azyaşlıların həmyaşıdları arasında seçilməsinə, özlərini dəyərləndirə bilməmələrinə, natamamlıq kompleksinin yaranmasına gətirib çıxarır.
Bu kimi uşaqlar təhsildə də geri qalır, özlərini ifadə edə bilmirlər.

Nigar Əkbərova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…