56 baxış
Bu yazını paylaşın
Maraqlı

Zərərli həşəratlara qarşı dron?- araşdırma

20 İyul 2023

Hollandiyanın “Wageningen” Universitetinin holland alimləri istixanalarda uçan zərərvericiləri doğramaq üçün kiçik dronları göndərən “PATS” sistemini işləyib hazırlayıblar.

“PATS” adı ağcaqanadın iki əl ilə vurulması zamanı çıxan səsin hollandca təsvirindən gəlir. Sistem iki hissədən ibarətdir: PATS-C və PATS-X. PATS-C komponenti internetə qoşulmuş istixanada quraşdırılmış bir neçə infraqırmızı kameralardan ibarətdir.

Süni intellektə əsaslanan xüsusi hazırlanmış alqoritmlərdən istifadə edərək kameralar qanad döyüntülərinin tezliyi və ölçüsü ilə uçan hər hansı həşəratı aşkar və müəyyən edə bilir. Əgər həşəratın arı kimi faydalı olduğu ortaya çıxarsa, kamera onu izləməyi dayandırır. Zərərverici aşkar edilərsə, PATS-X komponenti köməyə gəlir. Sistemin bu hissəsi simsiz şarj dokstansiyada yerləşən bir və ya bir neçə kiçik kvadrokopterdən ibarətdir.

PATS-X simsiz enerji doldurulması olan bir pad üzərində qurulmuş bir və ya bir neçə miniatür drondur. Zərərverici aşkar edildikdə PATS-C pilotsuz uçan aparatı işə salır və onu zərərvericinin olduğu yerə göndərir – maşın sadəcə onu vurur, pərləri ilə doğrayır və “aerodroma” qayıdır. PATS-C-nin əsas versiyası artıq Avropa üzrə 250 obyektdə istifadə olunur – hələlik o, müştərilərə həşəratların mövcudluğu haqqında məlumat verir. PATS-X isə sınaqdan keçirilir və bu il satışı gözlənilir.

Məlum olub ki, uçuş zamanı dron mühərrikləri yarasalarla eyni diapazonda ultrasəs yayır. Buna görə bəzi zərərverici güvələr PATS-X-dan yayınmağa çalışırlar. Bir tərəfdən layihə müəllifləri naviqasiya alqoritmini hazırlayarkən bunu nəzərə almaq qərarına gəliblər. Digər tərəfdən, istixanalarda bu səsləri çoxaldan və həşəratları dəf edən dinamiklərin quraşdırılması ideyası yaranıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…