29 baxış
Bu yazını paylaşın
Siyasi

Zəngilana müntəzəm marşrut xətti açıla bilərmi?

21 İyul 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Ağıllı kənd”in inşa olunduğu və bir qrup sakinin köçürüldüyü Zəngilan rayonunun Ağalı kəndinə müntəzəm marşrut xəttinin açılması ehtimalına münasibət bildirib.

Qurumdan TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərə yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir. Marşrutların açılması “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Sözügedən istiqamət üzrə sərnişindaşıma fəaliyyətinin və nəqliyyat xidmətlərinin təmin edilməsi üçün müvafiq infrastruktur qurulduqdan sonra bütün lazımi tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, “Ağıllı kənd” layihəsinin I mərhələsi üzrə açılış mərasimi bu il mayın 27-də olub. Kəndə 58 sakin – 10 ailə köçüb. Bu ayın sonuna qədər ümumilikdə 201 sakinin – 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…