188 baxış
Bu yazını paylaşın
Dünya

Zelenskidən Rusiyaya xəbərdarlıq: “Dnepropetrovska hücumu cavabsız qoymayacağıq”

11 Avqust 2022

Ukrayna müdafiəçiləri avqustun 10-da Rusiyanın Dnepropetrovsk vilayətinə azı 13 nəfərin ölümü ilə nəticələnən hücumunu cavabsız qoymayacaqlar.

“TELEJURNAL.AZ” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

“Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatımız və hüquq-mühafizə orqanları bu gün (dünən-red) Rusiya tərəfindən Dnepropetrovsk vilayətini atəşə tutmasını cavabsız qoymayacaq. Marqansa hücum nəticəsində 13 nəfər həlak olub, 10-dan çox insan yaralanıb”.

Zelenski qeyd edib ki, bu, Rusiya terrorunun növbəti təzahürüdür, həmçinin Nikolayev və Xarkova hücumlar bir daha sübut edir ki, dünya Ukraynaya hərbi yardımı artırmalıdır.

“Silahlarımız nə qədər güclü və onların istifadə dairəsi nə qədər geniş olsa, bu qəddar müharibə bir o qədər tez bitəcək”, – Prezident əlavə edib.

Xatırladaq ki, avqustun 10-da Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Nikopol rayonundakı “Qradov”dan iki dəfə atəş açıblar. Yaşayış məntəqələrinə 80 raket atılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…