31 baxış
Bu yazını paylaşın
Dünya

Zelenski və Bayden arasında telefon danışığı olub: Rusiyadakı vəziyyət müzakirə edilib

25 İyun 2023

Ukrayna Prezident Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı aparıb. Danışıq zamanı bir sıra məsələlər, o cümlədən Rusiyadakı vəziyyət müzakirə edilib.

Bu barədə Telejurnal Ukrayna Prezidentinin teleqram kanalındakı paylaşımına istinadən xəbər verir.

“ABŞ Prezidenti Cozef Baydenlə danışdım. Müsbət və ruhlandırıcı söhbət oldu. Hərbi əməliyyatların gedişini, Rusiyada gedən prosesləri müzakirə etdik. Beynəlxalq asayiş bərpa olunana qədər dünya Rusiyaya təzyiq etməlidir”, – Zelenski vurğulayıb.

Zelenski söhbət zamanı Baydenə Ukraynaya göstərdiyi güclü dəstəyə, xüsusən “Petriot”lara görə təşəkkür edib.

“Ukraynanın səmasını qorumaq qabiliyyətini daha da gücləndirmək vacibdir. Bu kontekstdə mən də qırıcı koalisiyaya verdiyi dəstəyə görə təşəkkür etdim. Biz uzunmənzilli silahlara diqqət yetirməklə müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik”, – Ukrayna Prezidenti bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar və Amerika xalqının beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bütün ərazilərimiz tam azad olunana qədər Ukrayna ilə yan-yana olmağa hazır olduğuna görə minnətdardır.

“Biz NATO-nun Vilnüs sammiti ərəfəsində mövqelərimizi razılaşdırdıq, Ukrayna sülh formulasının həyata keçirilməsi üzrə işin davam etdirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq məsələlərini müzakirə etdik”, – Zelenski qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…