208 baxış
Bu yazını paylaşın
Dünya

Zelenski: “Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib”

06 Sentyabr 2022

Bu barədə “TELEJURNAL.AZ” Ukrayna Prezidenti Volodimir Zelenskinin “ABC NEWS” telekanalına müsahibəsinə istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunlarının diqqəti təkcə Xerson vilayətində hücuma yönəlməyib. Müdafiəçilərin əks-hücum fəaliyyəti üçün bir çox istiqamətlər var.

Jurnalist Ukrayna hərbçilərinin niyə məhz Xerson vilayətində əks-hücum əməliyyatı barədə soruşub.

“Mən əks-hücumun təkcə Xerson istiqamətində olduğunu deməzdim… İstiqamət və ya istiqamətlər var – çoxdur və biz irəliləməliyik”, – Prezident cavab verib.

Eyni zamanda, Zelenski qeyd edib ki, heç bir hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz.

“İstəyirəm, düşmən bizdən sürprizlər alsın”. – dövlət başçısı vurğulayıb.

Zelenski qeyd edib ki, olduqca ağır müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.

“Bu vəzifə çətindir və bu, təkcə bizdən asılı deyil, əminəm ki, belə də olacaq. Bu, sadəcə, zaman məsələsidir”, – Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, ölkə öz torpağını düşmənə verməyəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…