22 baxış
Bu yazını paylaşın
Siyasi

Zelenski Saakaşviliyə görə Gürcüstan səfirinin Ukraynanı tərk etməsini tapşırıb

03 İyul 2023

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstanın ölkədəki səfirini çağırmağı və həmin ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı məsələ barədə Tiflislə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verməyi tapşırıb.

Telejurnal  xəbər verir ki, dövlət başçısı bu barədə teleqramdakı kanalında yazıb.

“Bu gün mən Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazımı bildirməyi və paytaxtı ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynadan çıxmasını təklif etməyi tapşırdım”, – Zelenski teleqramdakı kanalında qeyd edib.

Zelenski yenidən Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün ölkəsinə qaytarmağa çağırıb.

Qeyd edək ki, Mixeil Saakaşvilinin səhhətinin ağır olduğunu sübut etdirən fotolar yayılıb. Şəkillər geniş müzakirələrə səbəb olub. Zelenski daha əvvəl də bildirmişdi ki, Sakaşvilinin Ukraynaya qaytarılması üçün əlindən gələni edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…