150 baxış
Bu yazını paylaşın
Dünya

Zelenski: “Rusiyaya qarşı ilk növbədə iqtisadi, texnoloji və sərt sanksiyalar gərəkdir”

11 Avqust 2022

“Ukraynanın işğalına cavab Rusiyanın başladığı müharibə kimi tammiqyaslı olmalıdır”.

“TELEJURNAL.AZ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müttəfiqlərinin Donor Konfransındakı çıxışı zamanı deyib.

“Yeni fəlakət kimsəyə lazım deyil. Biz 1986-cı il fəlakətindən, Rusiyanın bütün azad Avropaya qarşı bu dəhşətli müharibəyə hazırlaşdığı onilliklərdən nəticə çıxarmalıyıq”, – o bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın hərbi təcavüzünə cavab olaraq qətiyyətli fəaliyyət və inamlı birlik lazımdır: “Donbassda 8 illik müharibə və 24 fevraldan sonra Ukraynaya qarşı 170 günlük terror – susqunluq yox, yalnız həqiqət lazımdır. Yalnız qəti hərəkət və inamlı birlik lazımdır. Müdafiəmiz üçün silah və mərmi lazımdır. Bizə Ukrayna üçün kifayət qədər həcmdə maliyyə lazımdır”.

Onun sözlərinə görə, Rusiyanın tam təcrid edilməsindən ötrü ilk növbədə iqtisadi, texnoloji və sərt sanksiyalar gərəkdir: “Bizim bütün gələcək azad insanlar qarşısında borcumuz Rusiyanı dayandırmaq üçün hər şeyi etməkdən ibarətdir. Rusiyanın uduzmasını və daha belə müharibəni təkrarlaya bilməməsini təmin etməliyik. İnanıram ki, biz bunu edə biləcəyik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…