36 baxış
Bu yazını paylaşın
Dünya

Zelenski iranlılara müraciət edib: “Niyə şər dövlətin tərəfindəsiniz?”

25 May 2023

Ukrayna Prezidenti Volodimir Zelenski İran vətəndaşlarından niyə Rusiya terrorunda şərik çıxdıqlarını və “şər dövlətin tərəfində olduqlarını” soruşub.

TELEJURNAL UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

Rusiya terrorunun silahlarından biri – İranın “Şahed” pilotsuz uçuş aparatları (PUA) barədə danışan Zelenski qeyd edib ki, bu gün Ukrayna əsgərlərinin 900-ə yaxın belə vurulmuş PUA-sı var.

“Ümumilikdə, Ukraynaya qarşı təxminən 1 160 “Şahed”dən istifadə edilib. Biz onların əksəriyyətini vururuq. Və daim vurulan İran PUA-larının sayını tam etmək üçün vasitə axtarırıq”, – o deyib.

Ukrayna Prezidenti birbaşa İran xalqına: cəmiyyətə, dini rəhbərə, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib.

“Sadə bir sual: siz niyə Rusiya terrorunun şəriki olmalısınız? Niyə şər dövlətin tərəfindəsiniz? Dünya baş verənləri görür və siz hamınız İranda bunları görürsünüz. Şərə dəstəyi inkar etmək mümkün deyil”, – Zelenski deyib.

O qeyd edib ki, ukraynalılar İranın Rusiyaya ötürdüyü kamikadze pilotsuz təyyarələrinin əksəriyyətini vurmağı öyrənsələr də, PUA-ların zərbələri hələ də dəqiq olur.

“İrandakı analar və atalar, ölkənizin pilotsuz təyyarəsi ukraynalı hamilə qadını evində əri ilə birlikdə öldürür, bu sizin nəyinizə lazımdır? Sizin “Şahed” tələbələrimizin yataqxanasını vuranda insanlar öldü, yanğın başladı, xilasedicilər hadisə yerinə çatdı. Bir neçə dəqiqə sonra ikinci “Şahed” onları vurur, başqalarının həyatını xilas edənlərin həyatını məhv edir. İranın bu cür həyasızcasına qətli nə üçündür?”, – Prezident soruşub.

Zelenski qeyd edib ki, bu, Rusiyanın əli ilə baş verir, amma yenə də İran silahları ilə.

“Tehranda, Şirazda və ya ölkənizin hər hansı başqa şəhərindəki insanlar öləndə bundan nə əldə edirsiniz? – Təəssüf ki, dünyadan daha çox təcrid, daha çox problemlər. Əminəm ki, siz digər tərəfdə olmalısınız, şərin yanında deyil”, – Ukrayna rəhbəri deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…