63 baxış
Bu yazını paylaşın
Siyasi

Zelenski hərbi rəhbərliklə “Taxıl sazişi” və limanların təhlükəsizliyini müzakirə edib

18 İyul 2023

Ukrayna Ali Baş Komandanın Qərargahının iclasında “Taxıl sazişi” və dəniz limanlarının təhlükəsizliyi məsələləri müzakirə olunub.

Telejurnal  xəbər verir ki, toplantıya Ukrayna Prezidenti Volodimir Zelenski sədrlik edib.

“Qərargahın iclasında bir nömrəli məsələ dənizlə taxıl ixracı və limanların təhlükəsizliyi olub. Baş nazirin müavini, Hərbi Dəniz Qüvvələrinin komandiri, təchizatların maddi-texniki təminatı və sahilyanı bölgənin mühafizəsi haqqında məlumat verdilər”, – Ukrayna dövlət başçısı bildirib.

Onun sözlərinə görə, iclasda daxili işlər naziri İqor Klimenko və Dövlət Xüsusi Rabitə Xidmətinin rəisi Yuri Şçiqolunun Rusiyanın pilotsuz uçuş aparatlarına qarşı mübarizəyə dair məruzələri dinlənilib.

Bundan başqa, iclasda Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri Rusiyanın planları barədə məlumat veriblər. İclasda Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı, Quru Qoşunlarının komandanı Aleksandr Sırski, “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavskidən döyüş meydanındakı vəziyyət öyrənilib. Müdafiə naziri Oleksiy Reznikov və Maddi-Texniki Təchizat Qüvvələrinin komandanı Oleq Qulyak mərmilərin tədarükü dinamikası barədə məlumat veriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…