167 baxış
Bu yazını paylaşın
Dünya

Zelenski: “Dünya Zaporojye AES-i qorumasa, uduzacaq”

16 Avqust 2022

Dünya Zaporojye Atom Elektrik Stansiyasını (AES) qorumasa, uduzacaq.

“TELEJURNAL.AZ”ın “RBC-Ukraina”ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

“Ölkələr uzun müddətdir, dünyada radiasiya təhlükəsizliyinə nail olmaq üçün çalışırlar. Əgər indi Zaporojye AES Rusiya işğalçılarından qorunmasa, dünya mübarizədə uduzacaq”, – dövlət başçısı vurğulayıb.

“Dünya onilliklərdir, nüvə materialları və radiasiya təhlükəsizliyi ilə bağlı bütün hərəkətlərə lazımi nəzarət üçün mübarizə aparır. Və əgər indi dünyanın bir nüvə stansiyasını qorumaq üçün gücü və qətiyyəti yoxdursa, bu, dünyanın məğlub olması deməkdir. Bu itkinin qarşısını almaq şansı var”, – Zelenski bildirib.

O qeyd edib ki, Zaporojye AES-də hər hansı radiasiya bir çox ölkələr üçün zərbə ola bilər. Çünki potensial təhlükəli zonalar yalnız küləyin istiqamətindən və gücündən asılıdır.

Prezident bildirib ki, Rusiyaya, “Rosatom” dövlət korporasiyasına və bu ölkənin bütün nüvə sənayesinə qarşı yeni sərt sanksiyaların tətbiqi ilə bağlı müzakirələrdən və çağırışlardan keçməyin vaxtı çatıb. O vurğulayıb ki, Rusiyanın bütün qoşunları stansiyanın ərazisini və qonşu rayonları dərhal – heç bir şərt olmadan tərk etməlidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…