16 baxış
Bu yazını paylaşın
Siyasi

Zelenski: “Aİ Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”

09 May 2023

“Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”.

Telejurnal “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə keçirdiyi brifinqdə deyib.

“Ukrayna hər gün Rusiyanın təcavüzünə qarşı müdafiənin effektivliyini nümayiş etdirir. Terrorçuların hər vurulan raketi, əsgərlərimizin Rusiya hücumlarını dəf etməkdə əldə etdiyi hər bir uğur bizim bu təcavüzkarı məğlub edə biləcəyimizin sübutudur”, – o bildirib.

V.Zelenski həmçinin qeyd edib ki, digər məsələlərlə yanaşı, AK rəhbəri ilə bu sursatların tədarükü və çatdırılmasının tezliyi məsələsini də müzakirə edib.

Xatırladaq ki, mayın 5-də Aİ Şurası Ukrayna üçün sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…