213 baxış
Bu yazını paylaşın
Siyasi

ZƏFƏR PARADININ ERMƏNİSTANIN İCTİMAİ – SİYASİ HƏYATINA TƏSİRİ

12 Dekabr 2020

Yaqub Yaqubov

siyasi elmlər üzrə fəlsəfə doktoru

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin rəhbəri

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 günlük müharibə nəticəsində Ermənistan ordusu üzərində şanlı qələbəsi, eləcə də torpaqlarımızın azad edilməsi tariximizin ən mühüm hadisəsidir. Bu həmçinin, Azərbaycanın və onun Müzəffər Ordusunun terrorizmi dövlət səviyyəsində dəstəkləyən, Azərbaycan və Türkiyəyə, hətta Gürcüstana qarşı daim torpaq-ərazi iddiasında olan, tarixi Azərbaycan torpaqları olan Qarabağ və ətraf rayonları 30-ilə yaxın bir müddətdə işğal altında saxlayan,  Türkiyəni “soyqırım “ iddiası ilə daim ittiham edən, Cənubi Qafqazın təhlükə mənbəyi – Ermənistan üzərində şanlı qələbəsidir.  Dövlət Başçısı İlham Əliyevin göstərdiyi siyasi dirayət məsələlərin yekununa birbaşa təsir etmiş əsas səbəblərdəndir. Eyni zamanda Azərbaycanın haqqlı davasında onun Türkiyə dövləti, xüsusi ilə Cumhurbaşkanı Ərdoğan tərəfindən dəstəklənməsi olduqca xüsusi önəm daşıyır. Nəhayət, hər iki liderin Zəfər Paradında birgə iştirakı və müraciətləri, hər iki dövlətin silahlı birləşmələrinin qələbə paradında təmsil olunması dünyada, o cümlədən Ermənistan cəmiyyətində ciddi reaksiyalara səbəb olmuşdur.

Azərbaycanın Zəfər Paradında nümayiş etdirdiyi texnikalar, eləcə də məğlub Ermənistan ordusundan qənimət götürülənlər ölkəmizin Cənubi Qafqaz lideri statusunu bir daha təsdiqlədi. Ölkə başçısının çıxışında toxunduğu məqamlar isə Ermənistanı əməlli başlı qorxuya salmışdır.

 

“Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır”.

Məlumdur ki, Zəfər Paradında dövlət başçısı İlham Əliyev bir daha Qərbi Azərbaycan torpaqlarının tarixən bizə məxsus olduğunu bildirdi. Bundan ermənilər qorxuya düşərək bütün hamilərinə, həmçinin artıq keçmişə çevrilməkdə olan hamilərinə müraciət etdilər. Ermənilər bildirir ki, Azərbaycan Dövlət Başçısı İlham Əliyevin fikirləri Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ziyandır. Əslində, bu ermənilərə xass olan əxlaqsızlığın bir nümunəsidir. Kimin işğalçı olduğunu hər kəs eyni şəkildə etiraf etməsə də, hamı çox yaxşı bilir. Ona görə də, Ermənistan Makronun bir-iki bəyanatı, fransızların özlərinin belə anlamadıqları senat qərarlarından başqa heç bir real dəstək görmədi. Necə də görə bilərdi ki, Azərbaycan öz ərazilərini azad edirdi. Azərbaycan bunu çox dərin düşünülən diplomatik müşayətlə edirdi. Nəhayət, qələbə qazanaraq Ermənistan ordusunu tamamilə məhv etdi.

Rusiyada ermənipərəst dairələrin hələ də güclü olmasına baxmayaraq ruslar da ermənilərin artıq sönməkdə olan bir ulduz olduğunu dərk edirlər. Məhz buna görə də, Ermənistan Rusiyadan istədiyi dəstəyi görə bilmədi. Baxmayaraq ki, Rusiya xarici işlər sisteminin başında erməni kökənli Lavrov dayanır, baxamayaraq ki, Zaxarova kimlərinin də ermənilərə bir simpatiyaları vardır. Ermənistandakı millətçi-şovinist dairələr bu gün nə qədər çalışsalar da, istəsələr də ermənilər artıq müharibə istəmir. Çünki erməni tankarının, döyüş texnikalarının  əsir vəziyyətdə Bakı küçələrində nümayişi erməni ordusu mifini də puç etmişdir.  Artıq Ermənistan ordusunun 80% məhv olunduğu, Ermənistan-Azərbaycan sərhədlərini mühafizə etmək üçün əsgər çatışmazlığından bu vəzifəni bir çox hallarda erməni polisi və yerli könüllü dəstələrin ümidinə buraxıldığı Ermənistan rəsmiləri tərəfindən də etitaf olunur.

 

“Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”

Cumhurbaşkanı Ərdoğanın Zəfər Paradında çxışında Ənvər paşanı, Nuru paşanı yad etməsi erməniləri lap qorxuya saldı. Axı, Ənvər paşa ermənilər üçün “soyqırım” memarıdır. Halbuki, bu belə deyildir. Ermənilər özləri öz xəyanətlərinin qurbanı olublar. Nuru paşa və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını erməni daşnaklarından azad etmişdi.

Bütün bunlarla belə ermənilərə İlham Əliyev və Ərdoğan tərəfindən gözəl təklif edildi. Özünüzü yaxşı aparın, millitarist düşüncədən realist düşüncəyə keçin və altıtərəfli əməkdaşlıq sisteminə qoşulun. Bu, Rusiya-Türkiyə-Azərbaycan-İran-Gürcüstan-Ermənistan sistemi ola bilər. Təbii ki, bunun üçün ermənilərin özlərini yaxşı aparması lazımdır.

Ermənilər isə indi sadəcə olaraq Rusiyada ermənipərəst dairələri bir az hərəkətləndirməklə itkilərini müəyyən qədər kompensasiya etmək istəyirlər. Zaxarovanın dili ilə narahatlıqlarını dilə gətirirlər. Ancaq Rusiyada siyasi qərarı Vladimir Putin verir. Putin isə gözəl görür ki, Baydenin gəlişi ərəfəsində Türkiyəyə ehtiyacı çoxdur. Bir sözlə, Zəfər Paradı əslində bölgədəki aktorlara ciddi bir təklifdir. Bizimlə olsanız sizin də maraqlarınız təmin edilər.

 

Arazı ayırdılar,

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım

Zülm ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın.

 

Bu arada Ərdoğanın Laçın şeirini oxuması İranda bəzi dairələri də qorxuya saldı. Əslində, bu bir mesaj idi. Cənubi Qafqazda yeni güc mərkəzi yaranır: Türkiyə-Azərbaycan ittifaqı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…