27.10.2024 20:24:43
54 baxış
Bu yazını paylaşın
İqtisadi

“Zaminbank”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

18 Yanvar 2022

Fevralın 9-u saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvetməsində olan “Zaminbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
“TELEJURNAL” AZƏRTAC-a istinadən bildirir ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirqasımov küçəsi, ev 4, mənzil 50 ünvanında yerləşən yaşayış sahəsi (ümumi sahəsi 53,6 kvadratmetr) və eyni ünvanda yerləşən ümumi sahəsi 25,9 kvadratmetr olan qeyri-yaşayış (zirzəmi) sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 245 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə.Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…
Back To Top