86 baxış
Bu yazını paylaşın
Siyasi

Zakir Həsənov və Hulusi Akar Konyada “Anadolu Qartalı-2023” təlimlərini izləyiblər

11 May 2023

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar qardaş ölkənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər.

Telejurnal  xəbər verir ki, H.Akar həmkarını Hərbi Hava Qüvvələrinin qərargahında qarşılayıb.

Onlar “Anadolu Qartalı” Tədris Mərkəzində fəxri qarovulun önündən keçiblər və şəxsi heyəti salamlayıblar. Daha sonra xatirə şəkli çəkdirilib.

Brifinqdən sonra təlim çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Z.Həsənov, H.Akar və digər qonaqlar təlimlərin əsas mərhələsini izləyiblər.

Xatırladaq ki, Z.Həsənov Türkiyədə səfərdədir.

Qeyd edək ki, “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb.

Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təlimə cəlb olunub.

Təlimlərdə ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…