45 baxış
Bu yazını paylaşın
Siyasi

Zakir Həsənov Selçuk Bayraktarı medalla təltif edib

03 Aprel 2023

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb, onu “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

Bu barədə TELEJURNAL-A  Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.

Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən S.Bayraktar ölkəmizə səfərindən məmnun olduğunu və bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Sonda müdafiə naziri S.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…