18 baxış
Bu yazını paylaşın
Siyasi

Zakir Həsənov: “Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri uğurla başa çatıb”

11 May 2023

“Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri şəxsi heyət arasındakı əməkdaşlıq və qardaşlığı daha da inkişaf etdirir”.

Telejurnal” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.

Z.Həsənov bildirib ki, Hərbi Hava Qüvvələrinin pilotları vəzifələrini uğurla başa çatdırıblar: “Qarsda keçirilən “Heydər Əliyev-2023” təlimləri hərbi əməkdaşlığımızın ən parlaq nümunəsidir. “Anadolu Qartalı-2023” təlimlərində Azərbaycan Ordusu 47 nəfərlik şəxsi heyət, 2 hərbi təyyarə, Qarsdakı təlimdə isə 94 nəfərlik şəxsi heyət və 27 nəqliyyat vasitəsi iştirak etdi. Hər iki təlimin uğurla başa çatdırılması münasibətilə şəxsi heyəti təbrik edirəm”.

Nazir xatırladıb ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan xalqı qardaş ölkənin kədərini paylaşıb: “Zəlzələ nəticəsində həlak olanlara Allah rəhmət eləsin, onların yaxınlarına başsağlığı verirəm. 44 günlük müharibə zamanı Azərbaycanın yanında olan Türkiyəyə hər cür yardımı göstərmək üçün xalqımız və dövlətimiz zəlzələ zamanı səfərbər oldu. Həmin günlərdə Azərbaycan Silahlı Qüvvələrindən də Türkiyəyə yardıma göndərilənlər var idi”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…