242 baxış
Bu yazını paylaşın
İctimai

Zabux sakini: “Ailəmlə birlikdə ora köçəcəyəm”

26 Avqust 2022

“Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərkərdəliyi ilə artıq torpaqlarımız işğaldan azad olunub və azərbaycanlılar öz yurdlarına qayıdır”.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Laçın rayonunun Zabux kənd sakini Telman Əşrəfov deyib.

O, bu gün uzun illərin həsrətinə artıq son qoyulduğunu və bir zamanlar sadəcə arzu olanların artıq həyata keçdiyini vurğulayıb. Zabux sakini bütün bunlara görə Prezident İlham Əliyevə öz təşəkkürünü çatdırıb.

Bu günlərdə Laçın rayonunda səfərdə olduğunu xatırladan Zabux sakini uzaqdan doğma kəndini görüncə ürəyinin dağa döndüyünü vurğulayıb:

“Açığı deyim ki, gözlərim görsə də, Laçına gəldiyimə inana bilmirdim. Bir zamanlar yuxularımızda əlçatmaz bir yerlərə çevrilən, yerlilərimin qibləgahı olan rayonumuz, şəhərimiz, kəndimiz artıq azaddır. Artıq biz laçınlılar öz doğma yurd-yuvamıza qayıtmışıq. Oradakı dağıdılmış evləri görəndə nə qədər qəhərlənsəm də, Laçına qovuşduğuma görə bir o qədər, bəlkə də daha artıq sevincli idim”.

Doğma Zabux kəndinə sevə-sevə köçməyə hazır olduğunu deyən T.Əşrəfov bu köçün tezliklə başlanmasını arzuladığını qeyd edib:

“Bu gün Laçın şəhərinin, Zabux və Sus kəndlərinin ordumuzun nəzarətinə keçdiyini eşitdim. Bu müjdəni bizə verdiyinə görə, cənab Prezidentimizə sonsuz təşəkkürlərimi bildirirəm. Əlbəttə, Laçına qayıtmaq istəyirəm. Axı ora mənim evim, torpağım, yurdum-yuvamdır. Hətta o torpaqda ölməyə də dəyər. Dediyim kimi, imkan olan zaman ailəmlə birlikdə Zabuxa köçəcəm”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…