28 baxış
Bu yazını paylaşın
İctimai

Zabit Səmədov: “Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm”

08 Sentyabr 2022

“Məşhur idmançı ilə görüşmək istəyirdim. Antonio Silva da tanınmış döyüşçüdür”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu karyerasının son görüşünü keçirəcək Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov deyib.

O bildirib ki, rəqibi Antonio Silva hazırda o qədər də güclü idmançı deyil: “Əvvəl vida döyüşüm üçün başqa idmançıları gətirmək istədik. Amma alınmadı. Bu dəfə Antonio Silvanı gətirə bildik. Tanınmış olsa da, əvvəlki kimi güclü deyil. Ona qalib gəlib karyeramı bitirmək istəyirəm. Mənim də 38 yaşım var. Düşünürəm ki, artıq yetərincə döyüşmüşəm. İndi bitirmək vaxtıdır”.

Səmədovun sözlərinə görə, Antonio Silvanı hələ 2011-ci ildə duelə dəvət etmək istəyib: “Fyodor Yemelyanenkonu məğlub edəndən sonra onu bura dəvət etmək istəyirdim. Amma alınmadı. Qismət indiyə imiş”.

38 yaşlı döyüşçü karyerasını bitirdikdən sonra film sektorunda işini davam etdirəcəyini vurğulayıb: “Vətən” filmi çəkiləcək. Orada da bir rolda yer alacağam. Möhtəşəm layihə olacaq”.

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…