142 baxış
Bu yazını paylaşın
Siyasi

Yüz nəfərdən çox azərbaycanlı Odessadan Ukrayna-Moldova sərhədinə yola salınıb

02 Mart 2022

Ukraynada yaranmış gərgin vəziyyətlə əlaqədar 100 nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldova sərhədinə yola salınıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev bildirib ki, bu müddətdə soydaşlarımız Odessadakı Azərbaycan Evində saxlanılıb, onların bütün ehtiyacları qarşılanıb.

Ukrayna-Moldova sərhədində onlar Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələri tərəfindən qarşılanacaq və uyğun şərait yaranan kimi Bakıya təxliyə olunacaqlar.

Rövşən Quliyev Ukraynadakı azərbaycanlıların taleyinə diqqətlə və həssaslıqla yanaşdığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…