99 baxış
Bu yazını paylaşın
Maraqlı

Yupiter – Parlaqlığına görə seçilən səma cisimlərindən biri.

12 May 2023

Yupiter Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci, böyüklüyünə görə birinci planetdir. Qədim dövrlərdən etibarən astronomlara məlumdur. Bu planet Yerdə kölgə yarada biləcək qədər parlaq işığa sahibdir. Ay və Veneradan sonra parlaqlığına görə üçüncü təbii səma cismidir. Yupiter əsasən Hidrogendən təşkil olunsa da, kütləsinin dörddə birini Helium təşkil edir.

Digər qaz nəhəngləri kimi qayalıq səthə malik deyildir,lakin bərk maddələrdən təşkil olunmuş nüvəyə malikdir.

Planetin məlum olan 79 peyki vardır ki, bunlardan Qalileo peykləri olaraq adlandırılan dördü 1610 – cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Qalileo peykləri arasında ən böyüyü Qanimeddir. Ölçüsünə görə Merkuri planetindən daha böyükdür.

Yupiter kosmik cihazlar tərəfindən müşahidə olunmuşdur. Bunlardan Pioner və Voyacer yaxın uçuş missiyalarını, həmçinin Qalileo və Yuno orbit missiyalarını xüsusilə qeyd etmək olar.

Lund Universitetinin tədqiqatçılarının araşdırmalarına görə Yupiterin yerdəyişməsinin səmavi cismin buz asteroidi olaraq formalaşmasında 2-3 milyon il sonra başlamış və 700 min il ərzində davam etmişdir.
Yupiterin Günəş sisteminin daxili hissələrinə yaxın orbitdə hərəkəti getdikcə çətinləşdiyi üçün planetin orbiti tədricən Günəşdən uzaqlaşmışdır. Bu planet Yer və Günəşlə bir xətdən keçir. Gecə səmasında irəli doğru hərəkətindən sonra geriyə doğru hərəkət edirmiş kimi görünür.

 

Eyyubova Nərminə 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…