26 baxış
Bu yazını paylaşın
İctimai

Yüksək Texnologiyalar Parkı ilə STEPI arasında icra edilən layihə çərçivəsində növbəti mühazirə dinlənilib

02 Avqust 2022

Yüksək Texnologiyalar Parkı (YT Park) ilə STEPI arasında icra edilən layihə çərçivəsində növbəti onlayn mühazirə dinlənilib.

YT Parkdan TELEJURNAL-a bildirilib ki, “Gwangju” Elm və Texnologiya İnstitutunun (GIST) professoru Lak-Kyoun Sonqun təqdimatında “Universitet və laboratoriya startapı (İnkubasiya)” adlı mühazirə Koreya univesitetlərində startup prosesləri, o cümlədən texnologiyaları kommersiyalaşdırılması, əqli mülkiyyət məsələləri və bu sahədə aktual olan digər mövzulara həsr edilib.

Qeyd edək ki, professor Lak-Kyoung Sonq 2005-2008-ci illərdə “Daedeok Innopolis” Fondunun (www.ddinnopolis.or.kr) icraçı direktoru olub. O, Fondda tədqiqat və inkişaf laboratoriyasının startap proqramı və “İnnopolis” Yüksək Texnologiyalar Fondu kimi texnoloji kommersiya infrastrukturu yaradıb. 2009-cu ildən başlayaraq 12 il ərzində Koreyanın ən məşhur elmi mərkəzi olan KAIST-də (Korea Advanced Institute of Science & Technology) sahibkarlıq fəaliyyəti göstərən professor kimi çalışıb.

Mühazirə zamanı Koreyadakı startap proqramlarından bəhs edilib, iştirakçıların sualları cavablandırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…