22 baxış
Bu yazını paylaşın
Siyasi

Yevlax Gənclər və İdman idarəsinin sabiq rəisinə cinayət işi açılıb

05 İyul 2023

Yevlax şəhər Gənclər və İdman idarəsinin sabiq rəisi Binyamin Musayevə cinayət işi açılıb.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Gənclər və İdman Nazirliyindən daxil olmuş materiallar əsasında Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi vəzifəsində işləmiş Binyamin Musayevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Binyamin Musayevin qeyd olunan vəzifədə işləyərkən 2019-2021-ci illər ərzində işə çıxmayan şəxslərin əmək funksialarını icra etmələri barədə cədvəlləri, habelə mükafaltlandırma, ezamiyyə və qurumun fəaliyyətilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Binyamin Musayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib

İş üzrə vurulmuş maddi ziyandan 50 min manatının ödənilməsi təmin edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…