44 baxış
Bu yazını paylaşın
Siyasi

Yerli və Regional Hakimiyyətlər Konqresində regionda yaranmış postmünaqişə dövrünün reallıqlarından danışılıb

24 Mart 2022

Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyası öz işini davam etdirib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə həmməruzəçisi olduğu “Ucqar bölgələrdə yaşayan gənclərin gələcəyi: yerli və regional hakimiyyət orqanlarının vəzifələri” mövzusunda hesabatı təqdim edib və Konqres üzvlərinin suallarını cavablandırıb.
Hesabatda Avropanın ucqar bölgələrində böyüyən gənclərin üzləşdiyi çətinliklərə diqqət çəkilib. Ucqar yerlərdə yaşayan gənclərin şəhərdəki həmyaşıdları ilə müqayisədə ictimai və siyasi həyatda iştirak etmək üçün daha az imkanlara malik olduğu vurğulanıb. Gənclərin kənd yerlərində qala bilməsinə daha yaxşı dəstək göstərmək üçün yerli və regional hakimiyyət orqanlarına çərçivə təqdim edilib. Həmçinin tövsiyə sənədində üzv dövlətlərin hökumətlərinə ucqar yerlərdə yaşayan gəncləri dəstəkləməyə və kənd yerlərində müvafiq infrastrukturu təmin etməyə çağırılıb. Müzakirələrdən sonra hesabat və onun əsasında hazırlanmış tövsiyə və qətnamə Konqres tərəfindən qəbul edilib.
Sessiyanın ikinci günü, həmçinin Yerli Özünüidarə haqqında Avropa Xartiyasının Lüksemburq və Türkiyə üzrə monitorinqi, eləcə də Ermənistan və Gürcüstanda keçirilmiş yerli seçkilərin müşahidəsi ilə bağlı hesabatlar dinlənilərək müzakirə edilib.
Gürcüstanda keçirilmiş yerli seçkilərin izlənilməsi ilə bağlı hesabatın müzakirəsində Konqresin müşahidə heyətində iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü Samirə Hüseynova (Nərimanov bələdiyyəsi) seçki prosesinə dair fikirlərini bölüşüb. Eyni zamanda, Ermənistanda yerli seçkilərin müşahidəsinə dair hesabatla bağlı çıxış edən S. Hüseynova regionumuzda yaranmış postmünaqişə dövrünün reallıqlarının və dayanıqlı sülhün qurulması üçün Azərbaycan tərəfindən atılan addımların nəzərə alınmasının vacibliyini Konqres üzvlərinin diqqətinə çatdırıb.
Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Türkiyə üzrə hazırlanmış monitorinq hesabatı ilə bağlı çıxış edib.
Sessiyada habelə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Anar İbrahimov “Avropa bələdiyyələrində və regionlarında məsləhətləşmə metodlarından istifadə”, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Binəqədi rayonu M. Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov isə “Saxta xəbərlər, təhdidlər və zorakılıq – Avropada mövcud böhranlar zamanı merlərə təzyiqlər” mövzusundakı müzakirələrdə öz müşahidələrini Konqres üzvləri ilə bölüşüblər.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyası martın 24-də öz işini başa çatdıracaq.
Qeyd edək ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi qitənin yerli və regional orqanlarının nümayəndələrinin daimi orqanıdır. Qurumda Azərbaycan nümayəndə heyəti 6 əsas və 6 əvəzedici üzvlə təmsil olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…