307 baxış
Bu yazını paylaşın
Müsahibə

Yenidən müharibə olarsa ,Ermənistana heç kim kömək edə bilməyəcək-Tofiq Abbasov

25 İyul 2023

Xəbər verdiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu yekunlaşıb. Üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib

Forumda çıxış edilən məsələləri politoloq Tofiq Abbasov “Telejurnal”a şərh edib.

Beynəlxalq Qlobal Media Forumunda Prezident İlham Əliyev çıxış edərkən Azərbaycan mediası qarşısında duran vəzifələrə toxunaraq bildirdi ki, biz yeni kontentlərin ərsəyə gəlməsində vaxt itirməməliyik. Lazımi qaydada bütün fikirləri, konstruktiv yanaşlamaları formalaşdırmalıyıq ki, onları vaxtında beynəlxalq platformalara çatdıra bilək. Bu belə olmasa, bizim bölgədə baş verən hadisələr ilə bağlı düzgün təsəvvürlər olmayacaq, yanlış fikirlər yaranacaq. Elə biləcəklər ki, Azərbaycan burada işğalçı siyasət aparır, baxmayaraq ki, 30 ilə yaxın Ermənistan işğalçı siyasət aparıb. Öz razılıqları ilə torpaqlarımızı qaytarmadıqları üçün biz onlara çox böyük dərs verməli olduq.

Ümumiyyətlə, Prezidentin çıxışı xarici nümayəndələr üçün böyük maraq doğurdu, çünki hərb və sülh məsələsi istənilən bölgə üçün öndə olan məsələdir. Belə demək olar ki, sülhün alternativi yoxdur. Əslində, bu belədir, bu məsələ ətrafında diskusiya potensialı belə yoxdur, ancaq dərinə getdik də və qara qüvvələrin istəklərinə baxanda görürük ki, sülhün alternativi müharibədir. Bu belə olmasa idi, Fransa kimi digər dövlətlər bizim bölgədə çalışmazdılar ki, qarşıdurma meyillərini gücləndirib yeni gərginlik ocaqları yaratmasınlar. Onlar bunu edirlər və göstərirlər ki, müharibədən, insanların iztirablarından qazanc əldə edirlər, amma burada Prezident qeyd etdi ki, biz sülhə çoxdan hazırıq, Ermənistan istəsə, biz yaxın zamanda sülh müqaviləsini imzalaya bilərik. Lakin Ermənistan özbaşına deyil, Ermənistanı idarə edən qüvvələr var. Bəli,bunlar xarici mərkəzlərdir, onlar öz maraqları uğrunda çalışırlar ki, balaca Ermənistanı idarə etsinlər və bizim bölgədə yer alsınlar, möhkəmlənsinlər. Prezident bu məsələr ilə bağlı dərin fikirlər ifadə etdi və göstərdi ki, Azərbaycan nə dərəcədə böyük bir yol keçib. Biz quruculuq işlərini həm müharibəyə qədər, həm müharibə dövründə, həm də müharibədən sonra indi gücləndiririk, çünki böyük ərazilərimiz dağıdılıb və hələ də təxribatlar davam edir. Əgər Ermənistanda kimlərsə revanşist meyillərindən əl çəkə bilmirlərsə, onlar bilməlidirlər ki, bu məsələ çox böyük faciə ilə nəticələnə bilər. Yenidən müharibə olsa, Ermənistana heç kim kömək edə biləməyək. Bunu tək Azərbaycan nümayəndələri demirlər, xarici ekspertlər, fəallar, üzvlər də deyirlər. Onlar vaxtında düzgün nəticə çıxara bilməsələr, sadəcə onların məmləkəti ayaq altında qala bilər və tamamilə öz subyektivliyi itirə bilər.

 

Prezident həqiqətləri form iştirakçılarına çatdırdı ki, bizim həqiqətələrimiz reallığa sığandır. Digər tərəfdən isə ermənilər çalışırlar ki, bizi borclu çıxarsınlar, güya müharibəni istəyən bizik, sülh müqaviləsinin imzalanmasına mane yaradırıq. Əslində, bu belə deyil. Prezident bütün görünməyən məqamları form iştirakçılarına çatdırdı və ona görə də Prezidentə olan diqqət böyük idi. Burada Azərbaycan dövlətinin davranışları ilə bağlı çox maraqlı suallar səsləndirildi, çünki biz həqiqətən dünyada tanınan və seçilən məmləkətə çevrilmişik. Bu da ondan irəli gəlir ki, Azərbaycan dövlətinin rəhbəri faktiki olaraq öz strateji xətini yürüdərək həm sülh məsələsini önə çəkir, həmdə inteqrasiya ildən-ilə böyük paylar vermiş olur, ona görə də Prezidentin maraqlı yanaşmaları xarici nümayəndələr üçün böyük rol oynaya biləcək həqiqətlərdir.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…