27 baxış
Bu yazını paylaşın
Dünya

Yeni yaradılan I2U2 qrupu birgə ərzaq və enerji təhlükəsizliyi təşəbbüsünü irəli sürüb.

15 İyul 2022

İsrail, Hindistan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin üzv olduqları I2U2 qrupunun videokonfrans formatında keçirilən ilk iclasında qarşılıqlı maraq doğuran digər sahələrlə yanaşı, ərzaq təhlükəsizliyi və təmiz enerji təşəbbüsləri sahəsində birgə əməkdaşlıq məsələləri də müzakirə olunub.

TELEJURNAL.az AZƏRTAC-a istinadla  xəbər verir ki, iclasın yekununa dair imzalanmış birgə bəyanatda qeyd olunub: “Dörd ölkənin təsis etdiyi bu unikal qrup su, enerji, nəqliyyat, kosmos, səhiyyə və digər sahələrdə birgə investisiyalara və yeni təşəbbüslərə xüsusi diqqət yetirəcək, dünyamızın üzləşdiyi ən böyük problemlərin həlli üçün cəmiyyətləri səfərbər edəcək və sahibkarlar üçün əlavə imkanlar yaradacaq. Bu fəaliyyətlər, xüsusilə ərzaq və enerji təhlükəsizliyini əhatə edəcək”.

Qrupun il iclasında ictimai səhiyyəni və peyvəndlərə əlçatanlığı yaxşılaşdırmaq, infrastrukturu modernləşdirmək və Yaxın Şərq ölkələri arasında əlaqələri inkişaf etdirmək üçün özəl sektorun kapitalını və təcrübəsini səfərbər etməyin zəruriliyi vurğulanıb. Dörd ölkənin başçıları, həmçinin tullantıların idarə olunması üçün yeni layihələrin hazırlanması, startapların I2U2 sərmayələrindən bəhrələnməsi, birgə investisiya sahələrinin araşdırılması, yaşıl texnologiyaların inkişafının təşviqi məsələlərini də müzakirə ediblər.

Açılış iclasında liderlər “qlobal şokları daha yaxşı idarə edə biləcək uzunmüddətli və çoxşaxəli qida istehsalı layihələrinə üstünlük veriləcəyini vurğulayıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…