26 baxış
Bu yazını paylaşın
Siyasi

Yeni dönəm: Azərbaycan bütün çağırışlara hazırdır

16 Aprel 2022

Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çox mühüm məsələlərdən bəhs etdi. Dövlətimizin başçısı sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli məqamlara toxundu, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı. Prezident İlham Əliyev bu ilin üç ayında ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq dedi: “Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik”. Bir daha bəlli olur ki, Azərbaycan uğurlu inkişafını davam etdirir, ölkəmizin iqtisadi qüdrəti, siyasi nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, tarixi Zəfərimiz diplomatik müstəvidə möhkəmləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S.Novruzovun sözlərinə görə, əslində, müşavirədə diqqət yetirilən məsələlər, səsləndirilən fikirlər bu ilin birinci rübünün deyil, bütövlükdə, son bir ilin iqtisadi və siyasi mənzərəsini əks etdirdi. Prezident İlham Əliyev müşavirədə müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olduğunu vurğuladı. Qarşıya qoyulan əsas hədəflərə çatmışıq. Belə ki, ötən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start verilib, həm də beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirə bilmişik.
“Gerçəklik budur: müharibədən çıxmasına və dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan tərəqqi dinamikasını qoruyub saxlaya bilib, yeni mərhələyə start verib. Konkret olaraq:
– İqtisadiyyatın dayanıqlılığı təmin edilib: ümumi daxili məhsulda, qeyri-neft iqtisadiyyatında və xarici ticarət dövriyyəsində artım qeydə alınıb. Bu, əhalinin rifahının yaxşılaşmasına xidmət edən sosial tədbirlərin əhatə dairəsinin genişlənməsinə də imkan verib. İqtisadi imkanların artması Azərbaycanın yeni uğurlar qazanmasına zəmin yaradır;
– Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların davam etdirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirib. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olub;
– Ordu quruculuğu uğurla davam etdirilib: yeni silahların, texnikaların alınması təşkil edilib, Müdafiə Nazirliyində struktur islahatları aparılıb, yeni qoşun növü – Komando növü yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb və s. Güclü ordu təhlükəsizliyin qarantı olmaqla yanaşı, istənilən çağırışlara cavab verməyə və hədəfləri reallaşdırmağa imkan yaradır;
– Xarici siyasətdə ikitərəfli və çoxtərəfli əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyət uğurla davam etdirilib, yeni təklif və təşəbbüslər irəli sürülüb. Bu, Azərbaycanın dostlarının, tərəfdaşlarının sayının artmasını, yeni diplomatik üstünlüklər qazanmasını təmin edir;
– Müharibənin bitməsi reallığı beynəlxalq aləmdə qəbul etdirilib, Azərbaycan haqlı, qalib və şərtləri diktə edən tərəf kimi sülh quruculuğu prosesində yüksək fəallıq nümayiş etdirir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində sülh gündəliyi Bakının mövqeyi əsasında müəyyənləşir;
– İşğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri davam etdirilir. Həmin torpaqlarda dayanıqlı və layiqli məskunlaşma üçün Böyük Qayıdış uğurla həyata keçiriləcək.
“Azərbaycan Prezidenti müşavirədə yeni dönəmin, daha dəqiq desək, inkişafın yeni mərhələsinin anonsunu verdi. Yeni şəraitdə ölkəmiz strateji hədəflərə çatmaq uğrunda inamla addımlayır. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək. Yeni dönəmdə də Azərbaycan güclüdür, çağırışlara hazırdır, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq iqtidarındadır”, – deyə Siyavuş Novruzov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…