198 baxış
Bu yazını paylaşın
Siyasi

Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib

30 Noyabr 2021

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Nur Otan” Partiyasının İctimai Siyasət İnstitutu tərəfindən təşkil edilən “Qazaxıstan siyasi-partiya sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər” Beynəlxalq Forumu noyabrın 30-da işini davam etdirib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, Azərbaycan forumda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tahir Budaqov forum çərçivəsində keçirilən “Siyasi partiyalar vətəndaş cəmiyyəti: regional aspekt”, “Siyasi proseslərdə qadın və gənclərin iştirakının genişləndirilməsi” və “Seçkilər və yeni zaman: dünya təcrübəsi və Qazaxıstan” mövzularında sessiyalarda iştirak edib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, həmçinin Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirə də qatılıb. Rusiya, Çin, ABŞ, Avropa, Türkiyə və Mərkəzi Asiya da daxil olmaqla, 15 ölkədən 600-dən çox xarici və yerli ekspert, siyasi partiyaların, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak etdikləri tədbirdə seçki sistemləri, müasir seçki meyilləri, ənənəvi və alternativ ideologiyaların perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Bununla da forum işini başa çatdırıb.

https://azertag.az/xeber/Yeni_Azerbaycan_Partiyasi_Sedrinin_muavini_Tahir_Budaqov_Qazaxistanin_musteqilliyinin_30_illik_yubileyine_hesr_olunan_tedbirde_istirak_edib-1939180

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…