50 baxış
Bu yazını paylaşın
İqtisadi

Yəmən qəzeti: Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək

05 Dekabr 2021

Yəmənin “Əl Təməniyə Əl Yom” qəzetində “Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək” sərlövhəli xəbər dərc olunub.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadla dərc edilmiş xəbərdə olan məlumatları bildirir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsinin və yerli resurslardan səmərəli istifadənin əsas prioritetlərdən olduğunu deyib. Nazir qeyd edib ki, Ağdam Sənaye Parkının ərazisinin işıqlandırılmasında yerli istehsal olan günəş panellərindən istifadə edilir.

Yazıda vurğulanıb ki, artıq işğaldan azad edilmiş Ağdam Sənaye Parkının sosial zonasının təşkili yekunlaşıb, burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.

https://azertag.az/xeber/Yemen_qezeti_Azerbaycanin_isgaldan_azad_edilmis_erazileri_yasil_enerji_zonasina_chevrilecek-1943446

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…