45 baxış
Bu yazını paylaşın
Dünya

Yayda rusiyalı turistlərin Azərbaycana sürətli axını gözlənilir

03 Mart 2023

Cari ilin yay aylarında rusiyalı turistlərin Azərbaycana sürətli axını gözlənilir.

TELEJURNAL Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə yerli turizm agentliklərinin 2023-cü ilin ən məşhur və sakit kurortları, yerli turistlərin yayda getməyi planlaşdırdıqları yerlər barədə məlumatında bildirilir.

Qeyd edilir ki, 2023-cü ildə rusiyalı turistlərin əksəriyyəti Krasnodar diyarında və qonşu ölkələrdə istirahət etməyi planlaşdırır. İndi turistlər artıq Krasnodarda otellər bron edir, xarici ölkələrdən isə Azərbaycanı, Tailandı, bəziləri isə Türkiyəni seçirlər

Səyahət agentləri istirahət üçün bu yer seçimlərini həm xarici siyasi vəziyyətlə, həm də təbii fəlakətlərlə – Türkiyədə baş verən zəlzələlərlə əlaqələndirirlər.

“Daha çox yük Qara dəniz sahillərində, məsələn, Anapa, Gelencik, Soçidə olacaq”, – “SV tour” agentliyinin təsisçisi Valentina Spivakova deyib.

Ekspertin fikrincə, birbaşa təyyarə reysləri olan digər xarici istiqamətlər açıldığı halda, rezervasiyalar ora da köçürülə bilər. Türkiyədəki seysmik vəziyyət də tələbata böyük təsir göstərəcək.

“Tvil.ru” bron xidmətinin nümayəndəsi Aleksey Çerepaxin də 2023-cü ildə populyar istiqamətlər sırasında Abxaziya və Belarusun adını çəkib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…