51 baxış
Bu yazını paylaşın
İctimai

Yayda metronun iş vaxtı artırılacaqmı?

11 May 2023

Bakı Metropoliteninin bayram günlərində və mühüm idman yarışları zamanı gec saatlarda da işlədiyi hər kəsə məlumdur. Yay mövsümündə necə, onun iş saatını uzatmaq mümkündürmü?

 

Axı isti günlərdə qatarların hərəkət qrafikində belə dəyişiklik edilir, interval uzadılır. Üstəlik, istirahət mövsümündə istər şəhərin qonaqları, istərsə də paytaxt sakinləri axşam və gecə saatlarında çöldə olmaq, gəzişmək, asudə vaxtı əyləncə ilə doldurmaq istəyirlər.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunun mümkün olmadığını bildirib:

“Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi “Metropolitendən istifadə qaydaları”na görə, metropoliten səhər saat 6-dan gecə saat 12-yə qədər işləyir. Bu, artıq normativ tələbdir. İstisnalar Bakıda keçirilən kütləvi tədbirlər və digər əhəmiyyətli məsələlər zamanı olur.

 

Metropoliten mövcud vəziyyətdə sərnişinlərin rahatlığını təmin etmək, insanların mənzil başına rahat çatması məqsədilə bunu edir. Lakin bu hal adi günlərdə davamlı olmur.

 

Bəzi nüanslar var, əgər məsələ araşdırılsa, uzunmüddətli monitorinq aparılmalıdır, digər məsələlər müzakirə olunmalıdır. Dünyada bu təcrübənin müxtəlif nümunələrini görürük, amma Bakı üçün belə məsələlər gündəmdə olsa, ona xüsusi baxılacaq.

Bir daha qeyd edim ki, hüquqi-normativ aktlara, xüsusilə metropolitendən istifadə qaydalarına görə iş saatı səhər 6-dan gecə 12-yə qədərdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…