31 baxış
Bu yazını paylaşın
İctimai

“Yay Fest 2022”: 5130 gənc müraciət edib!

18 İyul 2022

“TELEJURNAL.AZ” “OXU.AZ”a istinadən xəbər verir ki, ölkənin ən böyük gənclər düşərgəsi “Yay Fest 2022”yə 8 gün ərzində 5 mindən çox gənc iştirak üçün müraciət edib və mərhələli şəkildə iştirakçıların seçimləri, onlarla həm onlayn, həm də görüşlər vasitəsilə müsahibələr davam edir.

Xatırladaq ki, 19 iyul – 9 sentyabr tarixlərini əhatə edəcək Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (tələbəlik, vətənpərvərlik, yaradıcılıq, könüllülük, dayanıqlı inkişaf məqsədləri, innovasiya və sahibkarlıq, karyera və inkişaf, həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq.
Gənclərin düşərgəyə böyük marağını nəzərə alan təşkilatçılar son dörd düşərgə üçün qeydiyyat müddətini avqustun 1-nə kimi uzadıb.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək “Yay Fest 2022”də 2 min gənc iştirak edərək əylənəcək, öyrənəcək və yeni dostlar qazanacaqlar.

Artıq ənənə halını almış və 3-cü ildir ki təşkil edilən Festivalda iştirak etmək istəyən gənclərimizi http://yayfest.az/ veb-səhifəsi və ya “GəncApp” mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçməyə dəvət edirik.

Çadır tipli düşərgə zamanı gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq havada dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələr, həvəskar idman yarışları, əyləncəli, intellektual oyunlar, peşəkar təlimlər, konsert proqramı, Şamaxının tarixi və mədəni abidələrinə ziyarətlər təşkil olunacaq, Vətən müharibəsi qaziləri ilə görüşlər keçiriləcək və Festival ərazisində xüsusi innovasiya guşəsi yaradılacaq. Düşərgələrdə fəal olan gənclər mükafatlandırılacaq və beynəlxalq tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
Festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, Azərbaycan tarixi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Vətən müharibəsində qazandığı zəfərin geniş təbliği, ölkəmizin müxtəlif regionlarında yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.

Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID-19 pasportu (ən azı 2 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…