214 baxış
Bu yazını paylaşın
İctimai

Yaşar Bəşirov: “Karateçilərimizdən belə nəticə gözləmirdim”

05 Sentyabr 2022

“İdmançılarımızdan belə nəticə gözləmirdim. Çünki dünyanın ən güclü karateçiləri Azərbaycana gəlmişdi”.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Bakıda keçirilmiş Premyer Liqa turniri barədə danışarkən deyib.

Funksioner yarışda yüksək nəticə qazandıqlarını bildirib: “Turnirdən əvvəl mətbuat konfransında 1 qızıl medal qazana biləcəyimizi söyləmişdim. Ən yaxşı halda 2 qızıl medala ümid edirdim. Amma 3 qızıl və 3 bürünc medala yiyələndik. Bu nəticə Azərbaycan karatesinin inkişaf etdiyini göstərir. Premyer Liqada tək kumitedəki nəticələrə görə, birinci olduq. Yaponiya bizi kata yarışlarına görə medal sıralamasında üstələdi. Ümumi sıralamada ikinci yeri tutduq. Yaponiya katada çox güclüdür. Hətta kumite yarışında Misir kimi ölkəni də keçdik”.

Bəşirov titullu idmançı Rafael Ağayevin davamçılarının yaxşı nəticələr qazandığını vurğulayıb: “20 yaşlı idmançımız Əminağa Quliyev yalnız gənclər arasında turnirlərdə yer tutmuşdu. Bakıda isə qızıl medal qazandı. Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) təcrübəli karateçilərimizdəndir. Onlardan qızıl medal gözləyirdik. Hər ikisi gözləntiləri doğrultdu. Növbəti dəfə Azərbaycanın bayrağını və adını ucaltdıq”.

AMKF prezidenti göstərilən nəticədə dövlət səviyyəsində diqqət və qayğının rolunu vurğulayıb: “Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkür edirəm. Onun bizə və digər idman növlərinə çox köməyi dəyir, karateyə isə simpatiyası var. Bunu Ümumdünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosla görüşündə sübut etdi. Güclü qrafik və çoxlu işi olmasına baxmayaraq, onu qəbul etdi. Espinos mənə Azərbaycan karatesindən çox razı olduğunu bildirdi. İnanıram ki, qarşıda daha gözəl nəticələr əldə edəcəyik. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə də minnətdarlığımı bildirmək istəyirəm”.

Bəşirov Ümumdünya Karate Federasiyasının Bakıdakı yarışın təşkilatçılığından tam razı qaldığını diqqətə çatdırıb: “Hamı gördü ki, ölkəmizdə hansı səviyyədə yarışlar keçirilir və hansı səviyyədə karateçilər var. İnanıram ki, idmanımız daha çox inkişaf edəcək və kütləvi olacaq. Çalışacağıq ki, karate bütün regionlarda inkişaf etsin”.

Federasiya rəhbəri karatenin 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında yer alma ehtimalına da toxunub: “6 – 12 oktyabrda Beynəlxalq Olimpiya Komitəsinin iclası keçiriləcək. Karate artıq namizədlərdən biridir. Espinos həmin toplantıya qatılacaq və karatenin burada təqdimatı gerçəkləşəcək”.

Qeyd edək ki, Premyer Liqa turnirində Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medal qazanıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…