43 baxış
Bu yazını paylaşın
Mədəniyyət

“Yarat”da ruhunuzu oxşayacaq muzey gecəsi

14 May 2023

Yarat Müasir İncəsənət Məkanı 19 may tarixində qapılarını Muzey Gecəsi iştirakçılarının üzünə açır.

Multimedia performansı, art-terapiya, canlı konsert və digər immersiv səyahət zamanı həm düşünəcək, həm də sözün əsl mənasında ruhunuz istirahət edəcək. Karl Qustavdan ilhamlanan tədbirin əsas şüarı “Kölgə arxasında”dır.

Tədbirlər siyahısını təqdim edirik:

YARAT Mərkəzi (1-ci mərtəbə, sərgi məkanı)

Alina Yusupovanın-“Məhdudiyyətsiz qara” performansı
21:30 – 22:00

Kətan üzərində kömür vasitəsilə çəkilən naxışlar ilə fərdiliyə müxtəlif bucaqlardan baxmaq imkanı yaradacaq bu performansın müəllifi Alina Yusupovadır.

“RAW” kodinq duetinin multimedia performansı
23:00 – 00:00

Müxtəlif beynəlxalq musiqi və media tədbirlərində iştirak edən duonun texno, minimal və ambient janrlarında və s. yaradacağı multimedia şousu ilə tanış olacaqsız.

YARAT Mərkəzi (1-ci mərtəbə, kitabxana)
Arzu Süleymanova ilə “Sükut dairəsi” mandala art-terapiyası
18:30 – 19:30

YARAT Mərkəzi (2-ci mərtəbə, MFZ)
Ramal Kazım ilə “Ruhun aynası” ustad dərsi
18:00 – 19:00

 

Azərbaycan Dövlət Pantomima Teatrı
“Manqurt” tamaşası
21:30 – 22:30

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (1-ci mərtəbə, sərgi məkanı)
“Muzeydə gecə” interaktiv turu
21:20 – 21:40
21:50 – 22:10

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)
Şəkərbura Şou
“Klub 22” intellektual oyunu
22:30 – 00:00

Bakı Bulvarı (“Suraxanı” gəmi-muzeyinin yanı)
“Call It” (Azərbaycan) və “MokuMoku” (Gürcüstan) qruplarının canlı konserti
00:00 – 02:00

Qeyd edək ki, tədbirlərə giriş ödənişsizdir və yaş məhdudiyyəti 18+dur. Qeydiyyat iTicket saytı vasitəsi ilə aparılır.

Aytac Təhməzli

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…