22 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiyanın hakim koalisiyası iyulun 10-da keçiriləcək parlament seçkilərində üstünlük qazana bilər

06 İyul 2022

Tokio, 6 iyul, TELEJURNAL AZƏRTAC istinadən xəbər verir ki,

Tərkibində Yaponiya Liberal Demokratik Partiya (LDP) və “Komey-to” partiyasının olduğu hakim koalisiyası iyulun 10-da keçiriləcək parlament seçkilərində üstünlük qazana bilər.

bu barədə Kyodo agentliyinin və “Asahi Shimbun” qəzetinin iyulun 6-da dərc edilən sorğularının nəticələrində bildirilir.

Qeyd edilir ki, seçkilərin nəticələrinə görə LDP 65 yerdən 56-sını, “Komey-to” Partiyası isə 12-15 arası yer qazana bilər. Bu, hakim koalisiyaya parlamentin 125 yerə malik yuxarı palatasında üstünlüyü təmin etməyə imkan yaradacaq və hakim koalisiyanın mövqelərini daha da möhkəmləndirəcək. Bununla yanaşı, əsas müxalifət partiyası olan Konstitusiyalı Demokratlar Partiyasının 12-20 arası yer tutacağı və azı 3 mandatı itirəcəyi proqnozlaşdırılır.

Sorğuların nəticələrinə görə, “Yaponiyanın Yenilənməsi Cəmiyyəti”nin də mövqelərini gücləndirəcəyi qeyd edilir. Onun 10-16 arası mandat qazanacağı gözlənilir. Yuxarı palatada altı yerə malik olan Kommunist Partiyasını da 3-8 arası yer əldə edəcəyi bildirilir.

Beləliklə Konstitusiyada dəyişiklikləri dəstəkləyən partiyaların seçkilərdən sonra yuxarı palatada üçdə ikidən çox yer qazanacağı, bununla da həmin prosesin və özünü müdafiə qüvvələrinin statusu ilə bağlı qanun layihələrinin irəliləyəcəyi qeyd edilir.

Bununla yanaşı, Kyodo agentliyinin bildirdiyinə görə, seçkilərin nəticələri proqnozlardan fərqlənə bilər. Belə ki, bu agentliyin keçirdiyi sorğunun nəticələrinə görə, seçicilərin təqribən 40 faizi hələ mövqeyini dəqiqləşdirmədiyini bildirib. Agentliyin keçirdiyi sorğuda 43 min 766 nəfər iştirak edib. “Asahi Shimbun” qəzetinin sorğusuna isə 90 min nəfər qatılıb.

Xatırladaq ki, Yaponiya parlamentinin yuxarı palatasında hazırda 245 deputat var. Seçkilərdən sonra onların sayı 248 nəfərə çatacaq. Bu palatada yerlərin əksəriyyəti hakim LDP və “Komey-to” koalisiyasındadır – 137 yer.

Yaponiya qanunvericiliyinə əsasən, yuxarı palatada üzvlük müddəti altı il təşkil edir və hər üç ildən bir onun tərkibinin yarısı yenilənir. Hazırkı seçkilərdə 124 yer uğrunda 545 namizəd mübarizə aparacaq. Onlardan 74–ü ərazi dairələri, 50-si isə proporsional siyahı üzrə seçiləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…