26 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiyanın Baş naziri hökumətdə və hakim partiyada kadr dəyişikliklərini sentyabrda aparacaq.

21 İyul 2022

Yaponiyanın Baş naziri Fumio Kişida sentyabrın birinci yarısında hökumətin və hakim Liberal Demokratik Partiyanın (LDP) tərkibində kadr dəyişikliklərini planlaşdırır.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə iyulun 21-də Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, həmin dəyişikliklər zamanı LDP sədrinin müavini Taro Aso və partiyanın baş katibi Toşimitsu Moteqi öz yerlərini saxlayacaqlar. Belə ki, Baş nazirin öz siyasi xəttini həyat keçirmək üçün say tərkibinə görə LDP daxilində ikinci və üçüncü fraksiyalara rəhbərlik edən həmin şəxslərə ehtiyacı var.

Bununla yanaşı, Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun da öz vəzifəsində qalacağı gözlənilir. Belə ki, o, silahlı hücumda qətlə yetirilən sabiq Baş nazir Şinzo Abenin dəfnindən sonra LDP daxilindəki ən böyük fraksiyaya rəhbərlik edir. H.Matsunonun müavini, Baş nazir Fumio Kişidanın yaxın dairəsinə daxil olan Seyci Kiharanın da əvvəlki vəzifədə qalacağı gözlənilir.

Qeyd edək ki, Yaponiya hökumətinin və hakim LDP-nin tərkibində dəyişikliklər iyulun 10-da parlamentin yuxarı palatasına keçirilən seçkilərdən sonra planlaşdırılır. Həmin seçkilərdə LDP-nin və “Komey-to” Partiyasının daxil olduğu hakim fraksiya inamlı qələbə qazanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…