22 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiyalı meteoroloqlar Sakuracima vulkanı ilə əlaqədar ən yüksək təhlükə dərəcəsi təyin ediblər.

25 İyul 2022

İyulun 25-nə keçən gecə Kaqoşima prefekturasında yerləşən Sakuracima vulkanının bir neçə dəfə təkrar püskürməsindən sonra yaponiyalı meteoroloqlar ən yüksək təhlükə dərəcəsi elan ediblər.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ərazidəki təhlükə dərəcəsini 3 baldan ən yüksək 5 bala qaldırıb.

Gecə saat 01:45, 04:45 və 06:31 dəqiqələrdə vulkan təkrar püskürüb. Onlardan sonuncunun daha güclü olduğu və nəticədə tüstü və kül dumanının 2200 metrədək qalxdığı bildirilir.

Xəbər verdiyimiz kimi, Sakuracima vulkanının ilk püskürməsi bazar günü yerli vaxtla axşam saatlarında baş verib. Nəticədə 2,5 kilometr radiusda vulkanik süxurlar və kül səpələnib. Təhlükə dərəcəsi ən yüksək səviyyəyə qaldırılsa da, mütəxəssislər təkrar güclü püskürmənin gözlənilmədiyini qeyd edirlər.

Vulkan püskürməsi ilə əlaqədar informasiyanı toplamaq və təhlil etmək üçün Yaponiya hökuməti yanında fövqəladə qərargah yaradılıb. Kaqoşima prefekturasının yerli hökumət orqanları isə vulkana yaxın ərazidə yerləşən iki rayonda təxliyə elan ediblər. Təbii fəlakət nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Xatırladaq ki, bu vulkanın ən güclü püskürməsi 1914-cü ildə baş verib. Həmin vaxt 58 nəfər həyatını itirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…