248 baxış
Bu yazını paylaşın
Siyasi

Yaponiyadakı diaspor təşkilatımız Azərbaycan həqiqətlərinin təşviqi üçün yerli şirkətlə əməkdaşlıq edəcək

26 Noyabr 2021

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi Azərbaycan həqiqətlərinin bu ölkədə təşviqi məqsədilə “TET International Development Co.Ltd.” şirkəti ilə əməkdaşlıq edəcək.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu barədə razılıq Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinin “TET International Development Co.Ltd.” şirkətinin prezidenti Taro Savada ilə görüşündə əldə edilib. Görüşdə qədim və zəngin Azərbaycan mədəniyyətinin, orqanik məhsullarının Yaponiyada təbliği məqsədilə birgə fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Əvvəlcə tanınmış yapon iş adamı Taro Savada rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanda həyata keçirilən investisiya layihələri barədə məlumat verib. Bildirib ki, həmin layihələr, həmçinin ötən il Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa işlərini də əhatə edəcək. T.Savada, həmçinin şirkətin Azərbaycan mədəniyyətinin, məhsullarının Yaponiyada təbliği istiqamətində müvafiq layihələri həyata keçirmək niyyətində olduğunu da bildirib.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi tərəfindən həyata keçirilən layihələr barədə məlumat verən mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər isə həm bu istiqamətdə layihələrin reallaşdırılmasında, həm də birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Qeyd edib ki, Azərbaycan barədə həqiqətlərin yapon ictimaiyyətinə çatdırılması məqsədilə əməkdaşlıq ümumi işə mühüm töhfələr verə bilər. Təklif edilən layihələr, birgə fəaliyyət və əməkdaşlıq ümumi işimizin xeyrinə olar.

Görüşdə iki təşkilat arasında əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğun olduğu vurğulanıb, yaxın vaxtlarda həyata keçirilməsi planlaşdırılan konkret təkliflər müzakirə olunub.

https://azertag.az/xeber/Yaponiyadaki_diaspor_teskilatimiz_Azerbaycan_heqiqetlerinin_tesviqi_uchun_yerli_sirketle_emekdasliq_edecek-1935710

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…