31 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiyada son 126 ildə rekord isti qeydə alınıb

02 Avqust 2023

Yaponiyada iyul ayı son 126 ilin ən isti ayı olub.

TELEJURNAL  “Asahi Shimbun” qəzetinə istinadən xəbər verir ki, bu qənaətə Yaponiya Meteorologiya Agentliyinin məlumatlarını təhlil edən ekspertlər gəlib.

Onların hesablamalarına görə, ötən ayın orta temperaturu Selsi üzrə 25,96 dərəcə olub. Bu, belə statistikanın aparılmağa başladığı 1898-ci ildən indiyədək ən yüksək göstəricidir. Əvvəllər ən isti 1978-ci ilin iyulunda qeydə alınıb. Belə ki, o vaxt orta aylıq temperatur 25,58 dərəcə təşkil edib. Son 126 il ərzində iyulun orta temperaturu 1,5 dərəcə yüksəlib ki, meteoroloqlar bunu qlobal istiləşmə və iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Eyni zamanda böyük şəhərlərdə də istilər rekordlar qırır. Yaponiya Meteorologiya Agentliyinin saytında dərc olunan hesabata görə, Tokioda iyulun orta temperaturu 28,7 dərəcə olub.

İsti hava fonunda günvurma ilə xəstəxanaya yerləşdirilənlərin sayı artır. Belə ki, iyulun son həftəsində 11 mindən çox insan xəstəxanalara yerləşdirilib. Son günlər bəzi rayonlarda 39 dərəcəyə çatan yüksək temperatur səbəbindən bəzi turizm məkanlarına giriş məhdudlaşdırılıb. Xüsusilə, avqustun sonuna qədər Kamakura şəhərindəki Kotokuin məbədinin ərazisindəki Böyük Buddanın – nəhəng tunc heykəlin içərisinə daxil olmaq mümkün deyil.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…