23 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiyada parlamentin yuxarı palatasına seçkilər iyulun 10-na təyin edilib

16 İyun 2022

Tokio 15 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Yaponiyada parlamentin yuxarı palatasına (müşavirlər palatası) seçkilər iyulun 10-na təyin edilib.

bu barədə qərar iyunun 15-də – parlamentin cari sessiyasının keçirildiyi son gündə qəbul olunub. Seçkiöncəsi kampaniyaya isə iyunun 22-də, gələn çərşənbə günü başlanacağı elan edilib.

Qeyd edək ki, bu seçkilər zamanı parlamentin yuxarı palatasındakı 248 yerdən 125-i uğrunda mübarizə aparılacaq. Bu yerlərdən 74-ü seçki dairələrində, bir yer Kanaqava prefekturasında boş qalan yer üzrə, qalan 50 yer isə proporsional nümayəndəlik sistemi üzrə müəyyən olunacaq.

Xatırladaq ki, Yaponiyada parlamentin yuxarı palatasındakı yerlərin yarısını tutmaq üçün seçkilər burada təmsil olunan deputatların altı illik səlahiyyət müddəti başa çatdıqda keçirilir.

Namizədlərin seçkiöncəsi kampaniyada debatlar zamanı əsasən milli iqtisadiyyat, diplomatiya, təhlükəsizlik və sosial təminat mövzularına üstünlük verəcəyi gözlənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…