24 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiyada milli valyutanın məzənnəsi son 24 ilin ən aşağı həddinə düşüb.

15 İyul 2022

İyulun 14-də Yaponiyanın milli valyutası olan yenin məzənnəsi Tokioda keçirilən hərraclarda 1998-ci ilin sentyabrından bəri ən aşağı həddə düşüb. Belə ki, həmin gün Tokio Fond Birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 139,09 – 139,11 yenə təklif olunub.

TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, buna səbəb ABŞ-da istehlak qiymətləri indeksinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artması göstərilir. Nəticədə, investorlarda Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin bundan sonra da artacağı, Yaponiyada isə milli tənzimləyicinin baza dərəcələrini minus səviyyəsində saxlamqda davam edəcəyi barədə narahatlıq yaranıb. Buna görə də onlar aktivlərin yapon yeni ilə deyil, dollarla saxlanmasına üstünlük verməyə başlayıblar.

Bu siyasətin xaricdən idxal edilən malların dəyərinin artmasına və inflyasiyaya səbəb olacağı barədə tənqidi fikirlərə baxmayaraq, Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda bu siyasətin davam edəcəyini bildirib. Əlavə edib ki, milli valyutanın məzənnəsi heç də əsas göstərici deyil.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…