22 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiyada bakılı kəşfiyyatçı Rixard Zorgenin xatirəsi anılıb

22 İyun 2023

Yaponiyanın paytaxtı Tokioda sovet kəşfiyyatının zabiti, əslən Bakıdan olan Rixard Zorgenin xatirəsini yad ediblər.

Telejurnal  TASS-a istinadən xəbər verir ki, Böyük Vətən Müharibəsinin başlanmasının 82-ci ildönümü ilə əlaqədar əfsanəvi kəşfiyyatçının Futyu şəhərindəki Tama qəbiristanlığında məzarı ziyarət olunub.

Rixard Zorge 1895-ci il oktyabrın 4-də Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. 1944-cü il noyabrın 7-də Tokioda vəfat edib.

O, Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl, o illərdə Almaniya və Yaponiyada jurnalist adı altında xəfiyyə olaraq fəaliyyət göstərmişdi.

Zorge Ramzay ləqəbindən istifadə etmişdi. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrinə Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

O, “Barbarossa” əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdi. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yaponiya birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1 700 tank, 1500-dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.

Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur. Sovet Sosialist Respublikaları İttifaqı qarşısında olan xidmətlərinə görə Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…