59 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya və Filippin kosmosda birgə fəaliyyət göstərəcəklər

24 İyun 2022

Tokio, 23 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Yaponiya və Filippin hökumətləri yalnız müdafiə sahəsində deyil, həmçinin kosmosda da birgə fəaliyyətdə maraqlıdırlar.

Kyodo agentliyi xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin nümayəndəsi Şunzi İzutsu Filippinin Luson adasında yerləşən aviabazaya səfəri zamanı bildirib.

Yaponiya rəsmisinin sözlərinə görə, rəsmi Manila Tokio ilə əməkdaşlığı gücləndirərək, ətraf əraziləri müşahidə sahəsində imkanlarını artırmaq niyyətindədir.

Xatırladaq ki, son vaxtlar Yaponiya ilə Filippin arasında hərbi sahədə əməkdaşlıq getdikcə genişlənir. Belə ki, cari il mayın 27-də Yaponiya ən müasir radiolokasiya avadanlığı ilə təchiz edilmiş ikinci mühafizə gəmisini Filippinə təhvil verib. Belə bir gəmi artıq Cənubi Çin dənizində xidməti vəzifələrini icra edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…