20 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya və Avstraliyanın müdafiə nazirləri Tokioda bir araya gəliblər

16 İyun 2022

15 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İyunun 15-də Yaponiyanın müdafiə naziri Nabuo Kişi avstraliyalı həmkarı Riçard Marlzla Tokioda görüşüb.

görüşdə N.Kişi iki ölkənin qarşısında mühüm strateji vəzifələr durduğunu qeyd edib. Bildirib ki, Yaponiya tərəfi bu vəzifələrin həyata keçirilməsi üçün ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.

Avstraliyanın müdafiə naziri R.Marlz isə öz növbəsində bildirib ki, hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə Yaponiya onun ölkəsi üçün mühüm əhəmiyyətə malikdir və Avstraliya da Yaponiya üçün belə mövqe qazanmağa çalışır.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında N.Kişi bəyan edib ki, tərəflər Şərqi Çin və Cənub Çin dənizlərində status-kvonun güc yolu ilə dəyişdirilməsi cəhdlərinə qarşı birlikdə çıxıblar. Bununla yanaşı, ASEAN ölkələri və Sakit okeanda yerləşən digər dövlətlərlə qarşılıqlı əməkdaşlığı gücləndirmək barədə də razılıq əldə edilib.

R.Marlz isə Yaponiya və Avstraliya arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən ikitərəfli hərbi təlimlərin sayının artırılması barədə razılıq əldə olunduğunu deyib.

Xatırladaq ki, iki ölkənin müdafiə nazirləri arasında son görüş cari il iyunun 12-də Sinqapurda keçirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…