47 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya şirkətləri zəif eşidənlər üçün səsin vizuallaşdırılmasına başlayıb.

25 İyul 2022

Yaponiyada çox şirkət zəif eşidənlərə yardım etmək məqsədilə səsin vizuallaşdırılmasına başlayıb.

 TELEJURNal.az AZƏRTAC-a istinadən  xəbər verir ki, iyunda Şərqi Yaponiya dəmiryolu şirkəti Tokio şəhərətrafı nəqliyyat mərkəzi hesab edilən “Ueno” stansiyasında bu sistemin sınaqlarına başlayıb. Həmin sistem süni intellektdən istifadə edərək yaxınlaşan qatarların səsini və ictimai elanları təhlil edir. Bundan sonra həmin səslər platforma üzərində quraşdırılmış ekrana transkripsiya olunur.

Sistemin müəllifi, elektronika istehsalı sahəsində tanınmış “Fujitsu” şirkətinin nümayəndəsi Honda Tatsuya bildirib ki, sistemin hazırlanması zamanı ən çox müzakirə edilən məsələ yaddaqalan qrafikanın seçilməsi idi: “Bu məqsədlə eşitmə problemi olan dizayner dəvət edilib. Ümid edirik ki, layihə zəif eşidən şəxslərin məlumatlanmasında mühüm rol oynayacaq”.

Layihə ilə bağlı sınaqların cari ilin dekabrınadək davam edəcəyi qeyd edilir. Həmin sistemin digər stansiyalarda da quraşdırılması və onunla bağlı rəylərin toplanması nəzərdə tutulur.

Bununla yanaşı, Tokioda fəaliyyət göstərən digər şirkət ötən ildən smartfonlar üçün gündəlik səsləri görüntüyə çevirən əlavə tətbiq istifadəyə verib. Həmin əlavə əvvəlcədən qeydə alınmış səsi, məsələn yanğın siqnalizasiyasını və ya yaxınlaşan təcili yardım maşınının siqnalını qəbul etdikdə xəbərdarlıq göndərərək, smartfonu söndürür. Əlavənin istifadəçiləri yaşadıqları mühitə uyğun olaraq yeni səsləri qeydiyyata ala bilərlər. Bu sıraya domofonun səsini və ya uşaq ağlamasını daxil etmək olar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…