27 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya Şimali Koreyanın nüvə və raket proqramlarını qəbuledilməz hesab edir.

28 İyul 2022

Yaponiya hökuməti regional və beynəlxalq təhlükəsizlik baxımından Şimali Koreyanın nüvə və raket proqramlarını qəbuledilməz hesab edir.

 TELEJURNAL. az  AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikri iyulun 28-də Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Yoşihiko İsozaki səsləndirib.

“Yaponiya hökuməti bununla əlaqədar lazımi informasiyanın toplanması və təhlili üçün, həmçinin çevik monitorinqlərin aparılması məqsədilə lazım olan bütün addımları atır. Bununla əlaqədar biz ABŞ və Cənubi Koreya ilə də sıx əməkdaşlıq edirik”, – deyə baş katibin müavini Şimali Koreya lideri Kim Çen Inın ehtiyac yaranacağı halda nüvə silahından istifadəyə hazır olmaları barədə bəyanatını şərh edərkən bildirib.

“Şimali Koreyanın nüvə və raket proqramları həm bizim ölkə, həm də beynəlxalq cəmiyyət üçün təhdiddir və əslən qəbuledilməzdir”, – deyə Y.İsozaki əlavə edib.

Xatırladaq ki, bu ərəfədə Koreya müharibəsinin (1950-1953-cü illər) başa çatmasının növbəti ildönümü ilə əlaqədar tədbirdə çıxışı zamanı Şimali Koreyanın ABŞ ilə istənilən hərbi qarşılaşmaya hazır olduğunu qeyd edib. Kim Çen In bildirib ki, ABŞ-ın regionda keçirdiyi təlimlər Şimali Koreyaya birbaşa təhlükə yaradır və ölkənin silahlı qüvvələri bununla əlaqədar yarana biləcək böhrana cavab verməyə tam hazırdır. Şimali Koreya lideri, həmçinin qeyd edib ki, ölkəsinin nüvə hücumuna qarşı qüvvələri də hazır vəziyyətdədir və öz missiyalarına uyğun olaraq, dəqiq və sürətli cavab verməyə hazırdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…