22 baxış
Bu yazını paylaşın
Siyasi

Yaponiya saytı Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsini yayıb

01 Fevral 2022

Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsinin əsas məqamlarını yayıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, saytın yapon və ingilis dilində yaydığı müsahibədə İkinci Qarabağ müharibəsi dövründə Gəncənin cinayətkar Ermənistan ordusu tərəfindən dəfələrlə raket atəşinə tutulması, ümumilikdə əhalinin sıx şəkildə yaşadığı bu şəhərə 13 raket atıldığı, onlardan 8-nin partlayaraq insanların həyatına son qoyduğu və böyük maddi ziyan vurduğu qeyd edilib. Mülki əhaliyə qarşı bu raket hücumu nəticəsində Gəncə şəhərində 26 mülki vətəndaşın erməni faşizminin qurbanı olduğunu xatırladan Azərbaycan dövlətinin başçısı bildirib: “Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır”.
Müsahibədə Prezident İlham Əliyevə istinadla qeyd olunub ki, ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs erməni ordusunun gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutduğunu görüb.
Yayılan materiallarda Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri, eləcə də bu ölkənin hərbi cinayətlərini ifşa etməsi, dünya ictimaiyyətinin də bu cinayətlərə qiymət verməsi ilə bağlı çağırışı barədə oxuculara ətraflı məlumat verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…