199 baxış
Bu yazını paylaşın
Siyasi

Yaponiya saytı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsindən yazıb

13 Yanvar 2022

Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsi haqda məlumat yayıb.

“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin “Laçın dəhlizi bizim nəzarətimizdədir, biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz” fikrini başlığa çıxaran sayt Rusiya sülhməramlılarının fəaliyyətinin Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadığını bildirib.

Azərbaycan Prezidentinin sözləri sitat gətirilərək qeyd edilib: “Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün daha geniş prizmadan yanaşmaq lazımdır və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar”.

Yazıda Azərbaycanın dövlət başçısına istinadla rus sülhməramlılarının indi önəmli funksiyanı yerinə yetirdiyi diqqətə çatdırılıb. Onların Kəlbəcər və Laçın rayonlarına Azərbaycan hərbçilərinin və yüklərin daşınmasını müşayiət etdiyi qeyd edilib. Azərbaycan Prezidentinin sülhməramlıların ümumi fəaliyyətinə müsbət yanaşdığı vurğulanıb.

Müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin indiki səviyyəsinin Prezident İlham Əliyev tərəfindən təhlil edildiyi, bu əlaqələrdə yeni elementlərin yarandığı diqqətə çatdırılıb. Sülhməramlı missiyanın ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyi qeyd edilib.

Yazıda, həmçinin Azərbaycanın dövlət başçısına istinadla Laçın dəhlizinin ölkəmizin nəzarətində olduğu və Azərbaycan hərbçilərinin burada istənilən maşını saxlamaq gücündə olduğu xüsusi vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…