27 baxış
Bu yazını paylaşın
Siyasi

Yaponiya portalı Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri barədə məlumatlar yayıb

28 İyun 2022

Tokio, 28
iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri, burada iştirak etdiyi tədbirlər barədə məlumatlar yayıb.

yapon və ingilis dillərində yayımlanan məlumatlarda 2020-ci ilin payızında düşmən tapdağından azad edilən həmin rayonlarda Azərbaycan hökuməti tərəfindən aparılan böyük bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Yaponiyalı oxuculara Kəlbəcər-Laçın yolunun tikintisi, 30 ilə yaxın müddətdə işğal altında qalmış və erməni vandalizmi nəticəsində xarabazarlığa çevrilmiş bu rayonlara yeni həyatın qayıtması, azad olunmuş şəhərlərdə inşa edilən İşğal və Zəfər muzeyləri, təbii şəraitin və mövcud relyefin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layihələrinin uğurla icra edilməsi barədə məlumatlar çatdırılıb. Həmin rayonlarda aparılan nəhəng quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən şəxsən diqqətdə saxlandığı xüsusi vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…