87 baxış
Bu yazını paylaşın
Dünya

Yaponiya NATO ilə əməkdaşlığı gücləndirmək niyyətindədir

05 Aprel 2023

“Yaponiya hökuməti Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasını dəstəkləyir və NATO ilə əməkdaşlığı gücləndirməyə davam edəcək”.

TELEJURNAL xəbər verir ki, bu barədə çərşənbə günü Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno növbəti mətbuat konfransında bildirib.

“Yaponiya hökuməti ciddi şəkildə gərginləşən beynəlxalq təhlükəsizlik vəziyyəti ilə əlaqədar Finlandiyanın NATO-ya daxil olmaq qərarını dəstəkləyir. Rusiyanın Ukraynada qarşı başlatdığı, bir ildən artıq müddətdir ki, davam edən müharibə müttəfiq ölkələr arasında əməkdaşlığı həmişəkindən daha vacib edib”, – deyən o qeyd edib. Hakimiyyət nümayəndəsi Yaponiyanın azad və açıq beynəlxalq nizamın qorunmasına yönəlmiş NATO ilə əməkdaşlığı gücləndirməyə davam edəcəyini vurğulayıb.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi hazırda Brüsseldədir və NATO Xarici İşlər Nazirlərinin iclasında iştirak edir.

İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdilər, lakin Türkiyə kürd təşkilatlarını terrorçu elan etmələrini və 2016-cı ildə terrorizmdə, eləcə də dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək, üzvlük prosesini əngəlləyib. 2022-ci ildə NATO sammitinə qədər bu məsələləri həll etmək üçün Türkiyə, Finlandiya və İsveç arasında Ankaranın tələbinə uyğun olaraq, iki şimal ölkəsinin atmalı olduğu konkret addımların siyahısı ilə bağlı memorandum imzalanıb. Finlandiyanın bu şərtlərə əməl etmək istiqamətində fəallığı müşahidə olunub. Türkiyə parlamenti martın 30-da Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Aprelin 4-də Helsinki alyansın 31-ci üzvü kimi bloka rəsmən qəbul edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…